22 iyul 2013 16:33
Əziz Yıldırımdan Lənkəranda azərbaycanlı jurnalistə təzyiq (FOTO)
Dünən yoldaşlıq oyunu çərçivəsində keçirilən “Xəzər Lənkəran” - “Fenerbahçe” qarşılaşmasından əvvəl xoşagəlməz hadisə baş verib. Azerisport.az xəbər verir ki, azərbaycanlı jurnalistlərdən biri qonaqların məşqi zamanı meydançadan kənarlaşdırılıb.
Buna səbəb isə həmkarımızın “Galatasaray” forması ilə oyuna getməsi olub. Oyuna buraxılış üçün akreditasiyası olan idman jurnalisti stadiona yalnız Lənkəran təmsilçisinin mətbuat xidmətinin köməyi sayəsində buraxıblar.
Qeyd edək ki, sözügedən məlumat Türkiyə mətbuatında da əksini tapıb.
Qeyd edək ki, sözügedən məlumat Türkiyə mətbuatında da əksini tapıb.
