22 iyul 2013 16:45
“Bu açıqlamalar Neftçinin uğursuz nəticəsinə bəraət qazandırmaq cəhdidi”
Albaniyanın “Skenderbeu” klubunun prezidenti Ardian Taky Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri cavab matçı öncəsi açıqlamalar verməyə davam edir. Azerisport.az sizi klub prezidentinin növbəti müsahibəsi ilə tanış edir.
- Korçedəki cavab matçından nə gözləyirsiz?
- Biz ÇL-in üçüncü təsnifat mərhələsinə çıxacağımıza çox ümidliyik. Xüsusilə də Bakıdakı heç-heçədən sonra. Başa düşürük ki, hələ heç nə bitməyib. Amma bizə yüksək səviyyədə bir 90 dəqiqə keçirmək lazımdı. Ümid edirəm ki, komandamız Bakıdakından daha yaxşı oyun sərgiləyəcək. Biz eyni zamanda ehtiyatlı olmalıyıq.

- “Skenderbeu” nəyin sayəsində bu rəqibi keçə bilər?
- İlk oyunda bütün mövqelərdə yaxşı oynadıq. Əgər Korçedə də belə oynasaq, nəticə yaxşı olacaq.

- Şanslar barədə nə düşünürsüz?
- İlk oyundan sonra dediyim fikirdə qalıram: şanslarımız 51-in 49-dı. Başa düşürük ki, bizə qarşı güclü komanda oynayacaq. Amma fikrimcə, “Skenderbeu” düzgün yoldadı. Biz bu mövsüm daha güclüyük. Bu, gördüyüm ən güclü “Skenderbeu”du.

- Komanda üçüncü təsnifat mərhələsinə vəsiqə qazansa, yeni transferlər ola bilər?
- Hələ bu haqda danışmaq tezdi.
- Hələ bu haqda danışmaq tezdi.
- Azərbaycanlı jurnalistlər “Skenderbeu”nu aktyorlar komandası adlandırıb. Sizin buna münasibətiniz necədi?
- Mən futbolçularımızın qəsdən vaxt aparmasının şahidi olmadım. Biz futbol oynadıq. Özü də bunu yaxşı şəkildə bacardıq. Amma “Neftçi”nin futbolçularından biri son dəqiqələrdə qırmızı vərəqəyə layiq idi. O, Abazini qəsdən itələdi. Bu açıqlamalar isə sadəcə onların komandalarının uğursuz nəticəsinə bəraət qazandırmaq cəhdidi. Görünür, azərbaycanlı həmkarlarınız çempionlarının bərabər gücə malik komanda ilə üz-üzə gələcəyini gözləmirdilər.