23 iyul 2013 19:23

Kamil Vilçek: Qarabağı keçəcəyik

Polşanın “Piast” klubunun yarımmüdafiəçisi Kamil Vilçek Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu öncəsi klub saytına müsahibə verib. Azerisport.az həmin müsahibəni təqdim edir.
 
- Polşa çempionatında yeni mövsümə “Cracovia” üzərində səfər qələbəsi (3:2) ilə başladınız. Bu, Avroliqada “Qarabağ”a qarşı keçirəcəyiniz oyun öncəsi yaxşı işarə sayıla bilər?
- Əlbəttə. Komandamız hesabda geri düşsə, qələbə qazanacaq gücdə idi. Biz də buna nail olduq. Qələbə bizim üçün çox vacib idi.
 
- Deməli, “Piast” çətin vəziyyətdə də gedişatı öz xeyrinə dəyişməyə qadirdi?
- Bu, ilk əzmkar qələbəmiz deyil. Baxmayaraq ki, ilk qol buraxmaq heç də yaxşə əlamət deyil. Qol buraxmamağımız daha yaxşı olardı.
 
- “Qarabağ”a da ilk oyunda uduzmusuz. Bəs cavab matçından nə gözləmək olar?
- Biz qol vuranda ən azı heç-heçə etməyimizi istəyirdim. Amma məğlub olsaq da, Bakıdakı oyunun nəticəsi bizim üçün növbəti mərhələyə çıxmağa yaxşı şans yaradıb. Əgər hətta 1:0 hesabıyla da qalib gəlsək, mərhələ keçəcəyik. Fikrimcə, elə belə də olacaq.
 
- Marçin Broş yetirmələrinin iki fərqli hissə keçirməsindən narazıdı...
- Daha yaxşı nəticələrə imza atmaq üçün təbii ki, 90 dəqiqə eyni səviyyədə çıxış etməyimiz vacibdi. Biz buna hazırıq.
 
- “Qarabağ”la matçda necə oynayacaqsız?
- Biz əsas diqqəti meydanın mərkəzinə yönəltməli və orta sahədə dominantlıq etməyə çalışmalıyıq. Mənə elə gəlir ki, qələbənin açarı da məhz bu ola bilər.
 
- Qlivitsedə ilk avrokubok oyununa çıxacaqsız...
- Bu, digər futbolçular kimi, mənim üçün də xüsusi hissdi. Ümid edirəm ki, təcrübəmiz bizə yaxşı çıxış etməyə imkan verəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.