23 iyul 2013 20:22
Neftçinin növbəti rəqibi Şaxtyor oldu!
Bu gün Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, qitə arenalarında 13 görüş baş tutacaq.
Bu oyunlardan biri Azərbaycan azarkeşlərini daha çox maraqlandırırdı. Belə ki, “Şaxtyor” və BATE arasındakı qarşılaşmaların qalibi ölkəmizə səfər edə bilər. Təbii ki, “Neftçi” “Skenderbeu”nu mübarizədən kənarlaşdıraraq, üçüncü təsnifat mərhələsinə vəsiqə qazansa…
Artıq həmin oyun başa çatıb. Belarusda 1:0 hesablı qələbə qazanan “Şaxytor” evdə də rəqibini üstələyib – 1:0. Matçın yeganə qoluna 82-ci dəqiqədə İqor Zenkoviç imza atıb.
“Şaxtyor”un üçüncü təsnifat mərhələsindəki rəqibi saat 23:00-da başlayacaq “Skenderbeu” (Albaniya) – “Neftçi” oyunundan sonra müəyyənləşəcək.
Çempionlar Liqası
İkinci təsnifat mərhələsi (cavab oyunu)
23 iyul
Şaxtyor (Qazaxıstan) – BATE (Belarus) - 1:0
Qol: İqor Zenkoviç, 82.
İlk oyun – 1:0.
