23 iyul 2013 11:07
“Neftçidən qorxmağın mənası yoxdu”
Albaniyanın “Skenderbeu” klubunun baş məşqçisi Mirel Yosa Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az sizi onun həmin açıqlamaları ilə tanış edir:
- “Neftçi” ilə cavab matçından nə gözləyirsiz?
- Asan heç nə gözləmirəm. Bakıdakı oyunda bizə nə qədər çətin rəqib qismət olduğuna bir daha əmin olduq. Heç-heçə bizi favorit etmir. Amma yaxşı nəticə qazanmağa şans yaradıb. Biz büdcəsi kifayət qədər böyük olan bir kluba qarşı oynayacağıq.

- Heyətlə bağlı dəyişiklik olacaq?
- Əlbəttə. Biz bu dəfə daha çox hücum futbolu oynayacağıq. Amma eyni zamanda ehyiyatlı olmalıyıq. Heç bir halda müdafiəyə çəkilməməliyik.

- Şkembi dayaq yarımmüdafiəçisi, Lilay və Orelesi hücumçuların arxasında oynayacaq. Niyə belə qərar vermisiz?
- Bu, ondan xəbər verir ki, biz təkcə müdafiəni yox, həm də hücumda daha səmərəli çıxış etməyi düşünürük. Şkembi universal oyunçudu. Onun yaxşı ötürmələri var. Amma eyni zamanda rəqib hücumlarının pozulmasında da effektli ola bilir.

- “Neftçi”dən ehtiyatlanırsız?
- Rəqibdən qorxmağın mənası yoxdu. Özü də səfərdə heç-heçə etdiyimiz rəqibdən. Eyni zamanda onu da dərk edirik ki, rəqib komanda ilk oyunla müqayisədə bu dəfə daha böyük boşluqlar əldə edəcək. Buna görə biz müdafiədən hücuma, hücumdan müdafiəyə keçəndə çox sürətli oynamalıyıq.

- Futbolçularla söhbətiniz olub?
- Bir az danışmışıq. İlk oyunun nəticəsi bizi mütləq qələbə qazanmağa məcbur edir. Ümid edirik ki, məqsədimizə nail olacağıq. Azarkeşlərin dəstəyinə və bir qədər də bəxtə ümid bəsləyirəm. Qələbə qazanmaq istəyirəm. Komandamın buna hansı oyunla nail olması vacib deyil.