24 iyul 2013 00:05
Millimizin üzvü Hollandiyada daha bir oyuna çıxdı (FOTO)
Türkiyənin “Sivasspor” Hollandiya toplanışı çərçivəsində növbəti sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan millisinin hücumçusu Cihan Özkaranın komandası bu dəfə yerli “De Graafschap”la qarşılaşıb.
Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Yığmamızın forvardı da bu görüşdə iştirak edib. Baş məşqçi Roberto Karlos Özkaranı start heyətdə meydana buraxıb.
Qeyd edək ki, Cihan Özkara bundan öncə yerli “Nijmegen”lə görüşdə (0:2) də iştirak etmişdi.
