23 iyul 2013 11:48
Piast – Qarabağ matçına 3000 bilet satılıb
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la Polşa “Piast”ı arasında keçiriləcək cavab matçının biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, artıq bu oyuna 3000 bilet satılıb.
Lakin bu görüşə Polşada maraq çox böyükdü. Tezliklə bütün biletlərin satılıb qurtarması gözlənilir.
Maraq üçün bildirək ki, “Piast” stadionu 10 000 azarkeş tutumuna malikdi.
“Piast” – “Qarabağ” görüşü iyulun 25-də keçiriləcək. İlk oyunda Ağdam klubu 2:1 hesabıyla qalib gəlib.
