23 iyul 2013 11:59
Orges Şehi: Neftçiyə belə imkan yaratmamalıyıq
Albaniyanın “Skenderbeu” klubunun qapıçısı Orges Şehi Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Neftçi” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Qarşıdakı oyun tam fərqli olacaq. Düzdü, biz ilk oyunda “Neftçi”yə qol vurmağa imkan vermədik. Amma bu, çox yaxşı komandadı. Çox təhlükəli hücumçulara malikdilər. Onları məğlub etmək çox çətin olacaq. Çünki bunun üçün onlardan daha çox qol vurmağımız lazım gələcək. Azərbaycanlıların hücumda sərbəst hərəkət etməsinə, qapıya asanlıqla zərbələr endirməsinə imkan verməməliyik. Amma biz evdə oynayacağıq. Albaniyadakı ən yaxşı azarkeşlərimizin də dəstəyini hiss edəcəyik”.