23 iyul 2013 12:08
İnterin sabiq müdafiəçisi La Liqa klubunda!
“İnter”in sabiq müdafiəçisi Haynts Barmettler karyerasını İspaniyada davam etdirə bilər. Azerisport.az xəbər verir ki, sözügedən futbolçu hazırda “Valladolid”də baxışdadı.
İsveçrəli mərkəz müdafiəçisinin La Liqa klubu ilə müqavilə bağlamaq ehtimalı yüksəkdi.
Qeyd edək ki, Barmettler “İnter”ə ötən yay transfer olunsa da, paytaxt klubunda möhkəmlənə bilməmişdi.
