23 iyul 2013 12:17
Yığmamız yoldaşlıq oyununda qalib gəldi
Qəbələ şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, "İnter" klubunun əvəzedici komandası ilə qarşılaşan yığmamız 2:1 hesablı qələbə qazanıb.
Millimizin qollarına Elnur Cəfərov və Şahban Cəbrayılov imza atıb.
