23 iyul 2013 12:26
Xəzər Lənkəran Maccabi ilə oyuna tam heyətlə hazırlaşır
İyul ayının 25-də UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsrailin “Maccabi” (Hayfa) klubunu qonaq edəcək “Xəzər Lənkəran” dünəndən hazırlığa start verib. Azerisport.az xəbər verir ki, dünən əsasən “Fenerbahçe” ilə yoldaşlıq görüşünün bərpa məşqini düşünən məşqçilər korpusu bu gün səhər məşqində cavab qarşılaşmasının hazırlığı planına uyğun məşq keçiblər.
Əsas meydançada keçirilən məşqdə futbolçular daha çox qapıya zərbələr və bir neçə gedişli kombinasiyalardan sonra qurulan hücumlar üzərində çalışıblar. Hazırda düşərgədə zədəli futbolçu yoxdu və komanda tam tərkibdə məşqlərini davam etdirir.
