23 iyul 2013 12:44
Boluda Azərbaycan derbisi
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiçin çıxış etdiyi Türkiyənin “Orduspor” klubunun Boludakı təlim-məşq toplanışı zamanı keçirəcəyi yoldaşlıq oyunlarında rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, Ordu təmsilçisi 4 sınaq matçı keçirəcək.
Sabah “Mersin İdman Yurdu” ilə qarşılaşacaq Subaşiçin komandası iyulun 25-də “Payas Belediyespor”la üz-üzə gələcək. “Orduspor”un növbəti rəqibi Arif İsayevlə Saşa Yunisoğlunun forma geyindiyi “Denizlispor” olacaq. Bu oyun iyulun 27-də keçiriləcək. Subaşiçin çıxış etdiyi klub iyulun 29 Andrey Popoviçlə Usim Ndukanın müqavilə bağladığı “Tavşanlı Linyitspor”la münasibətlərini aydınlaşdıracaq.
