23 iyul 2013 12:53
Qəbələ qələbə ilə başladı
Növbəti mövsümün hazırlıqlarını Gürcüstanda davam etdirən "Qəbələ"nin əvəzedici komandası qonşu ölkədə ilk sınaq oyununu keçirib. Azerisport.az xəbər verir ki, Gürcüstan Birinci Divizionunda mübarizə aparan "Mark Stars of Georgia" kollektivi ilə üz-üzə gələn "qırmızı-qaralar" qələbə qazanmağı bacarıb.
Rəqibin fiziki və yaş üstünlüyünə baxmayaraq, layiqli oyun nümayiş etdirən Luis Araqonun yetirmələri yekunda 2:1 hesabı ilə qalib gəlib. "Qəbələ"yə qələbə qazandıran qollara Qismət Alıyev və Salman İbrahimov imza atıb.
İyulun 27-dək davam edəcək toplanış müddətində "Qəbələ" daha 3 oyun keçiriəcək. Rəqiblər və oyunların keçirilmə vaxtı ilə sizləri tanış edirik:
24 iyul, 18:00
"Dinamo" (Tbilisi) - "Qəbələ" - (əvəzedicilər)
25 iyul, 17:30
"Vircorciya" - "Qəbələ" - (əvəzedicilər)
26 iyul, 10:00
"Spartak" (Tbilisi) - "Qəbələ" - (əvəzedicilər)
