23 iyul 2013 13:02

Toşak: Xəzər Lənkərandan ayrılmaq asan deyil

“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Türkiyə mətbuatına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- “Galatasaray” və “Fenerbahçe” klublarının Avropa macərasını izlədinizmi?
- Fatih Terim üçün keçən mövsüm uğurlu oldu. Bilirsiniz ki, Fatih “Galatasaray”da böyük bir yol qət etdi. “Real”a (Madrid) qarşı 1/4 finalda oynadı. Bu, “Galatasaray” üçün çox yaxşı nəticə idi. “Fenerbahçe” da yaxşı uğur əldə etdi. Finalı son oyunda əldən verdilər. Əslində mən bu uğurları “Beşiktaş”da da görmək istəyirəm.
 
- Türkiyənin üç böyük klubundan təklif gəlsə, bura dönməyi düşünərsiniz?
- İndi “Xəzər Lənkəran”dayam və çətin bir vəzifəni öhdəmə götürmüşəm. Klubumla bir illik müqaviləm var və buradan ayrılmaq həqiqətən asan deyil. Azərbaycandakı insanlar çox yaxşıdı. Burada xoşbəxtəm. Ancaq gələcəkdə nələrin olacağını bilmərik. Hələlik burdayam.
 
- “Fenerbahçe” və “Beşiktaş”ın UEFA-dan aldığı cəzalar barədə nə deyə bilərsiz?
- Cəzalardan xəbərim var. Ümid edirəm ki, türk futbolu üçün ən yaxşı qərar çıxararlar. Mən Türkiyədə olduğum müddətdə danışılmış oyunlarla bağlı heç bir hala rast gəlməmişəm. Birinin birinə pul verdiyini də görmədim.
 
- Siz Türkiyədən ayrıldıqdan sonra, futbolumuzun inkişafını təqib edə bildinizmi?
- Əslində yaxşı təqib etdiyimi deyə bilmərəm. Çünki oradan 14 il əvvəl ayrılmışam. 1997-1999 mövsümlərində Türkiyədə oldum. Mən oradaykən Türk futbolu çox yaxşı bir dönəmdə idi. “Galatasaray” o zamanlar çox güclü idi. Fatihin rəhbərliyi ilə UEFA Kubokunu qazandılar. Türkiyə milli komandası da çox güclü idi və dünya üçüncüsü oldu. Hazırkı yığma o qədər güclü deyil. Türkiyədə, “Beşiktaş”da xoşbəxt idim. Hərçənd türk jurnalistlərlə bir iki problemim vardı amma “Real” (Madrid) kimi bir komandadan sonra “Beşiktaş”da, o stadionda olmaq çox gözəl idi. “Galatasaray”a qarşı qazanmış olduğum kubok çox əhəmiyyətli idi və böyük bir an idi.
 
- Türkiyədən heç təklif aldınızmı?
- Bir neçə dəfə telefonuma zənglər gəldi, amma çox ciddi təkliflər deyildi. Hansı komandalar olduğunu açıqlamaq istəmirəm. Çox insanla görüşdüyümü deyə bilmərəm. Sabiq prezident Sərdar Bilgili ilə bura gəlmədən əvvəl görüşdüm. Türkiyədən ayrılmağım çox vaxt keçib. Buna görə də əlaqələr kəsildi.
 
Toşak “Fənərbaxça” və “Qalatasaray”ın böyük klublar olduğunu qeyd edib. Ancaq “Beşiktaş”ın onun ürəyində iz saldığını deyib: “Əgər “Beşiktaş”da olmusunuzsa, “Fenerbahçe” və “Galatasaray”a hörmət eşidərsiniz. Amma mənim üçün” Fenerbahçe” və “Galatasaray haqqında düşünmək çox çətindir. Onlara böyük hörmətim var. Böyük klublardı və möhtəşəm tərəfdarları var. Amma Türkiyədə mənim komandam “Beşiktaş”dı və həmişə də “Beşiktaş”lı olacağam”. (Sabah)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.