23 iyul 2013 13:11
Fərid Quliyev baş məşqçisiz qaldı
Fərid Quliyevin yenicə müqavilə bağladığı Türkiyənin “Kahramanmaraşspor” klubu baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, komandanın çalışdırıcısı Fethi Çokkeser istefaya göndərilib.
Bu barədə klubun yaydığı açıqlamada bildirilir ki, ötən mövsüm də komandanı çalışdıran Çokkeserlə bir müddət əvvəl anlaşma əldə olunub və müqavilənin təlim-məşq toplanışından sonra imzalanması qərara alınıb. Lakin təlim-məşq toplanışından sonra baş məşqçi müqavilə şərtlərində dəyişiklik tələb edib və əks halda anlaşmanı imzalamayacağını bildirib. Bu səbəbdən klub onunla yollarını ayırıb.
Hələlik, yeni baş məşqçinin kim olacağı açıqlanmır.
