23 iyul 2013 13:35

Simurqun Türkiyə klubu ilə oyununda nələr baş verib?

Avstriyada təlim-məşq toplanışı keçən "Simurq" ötən gün hazırlıq çərçivəsində ikinci yoldaşlıq görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun rəqibi ötən mövsüm Super Liqanı tərk edən “İstanbul BB” olub. Qarşılaşmadan Zaqatala təmsilçisi 1:1 hesablı heç-heçə ilə ayrılıb.
 
"Sarı-qaralar"ın matçda yeganə qolunu oyunun 25-ci dəqiqəsində Taqim Novruzov vurub. Qarşılaşma "Simurq"un üstünlüyü şəraitində keçib. Elə oyunun ilk 10 dəqiqəsinin tamamında Ruslan Poladov baxışda olan Eudi Silvaya gözəl ötürmə versədə, braziliyalı bu imkandan yararlana bilməyib. Onun zərbəsi qapıdan azacıq aralı keçib. 25-ci dəqiqədə isə Zaqatala təmsilçisi istəyinə çatıb. Andersonun ötürməsindən sonra əvvəlcə İlkin Qırtımov qol imkanından yararlana bilməyib. Rəqibin müdafiə xəttinin qaytardığı topu isə İlkin Stepan Polyaka ötürüb. Xorvatiyalı yarımmüdafiəçinin zərbəsi qapıçıdan qayıtsa da, özünü yetirən Taqim görüşdə hesabı aça bilib.
 
Qoldan sonra İstanbul təmsilçisi irəliyə atılsa da, ilk hissədə bərabərlik qolunu vura bilməyib. Bunun üçün şanslar olsa da, qapıçı Pavel Kapsa buna imkan verməyib. Fasilədən sonra isə "İstanbul BB" görüşdə hesabı bərabərləşdirib. Qarşılaşmanın 65-ci dəqiqəsində Ömər Can oyunda status-kvonu bərpa edin. “Simurq”un bundan sonra yenə hesabda irəli çıxmaq üçün gözəl imkanları olub. Qoldan iki dəqiqə sonra hazırda baxışda olan Patrik Osiako topu boş qapıdan keçirə bilməyib. 75-ci dəqiqədə isə Rəşad Eyyubov rəqibin müdafiə xəttinin buraxdığı səhvdən istifadə edə bilməyib. Nəticədə qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
 
Qeyd edək ki, Avstriya hazırlığı çərçivəsində bu komandanın ikinci yoxlama oyunu idi. Bundan öncə isə Zaqatala təmsilçisi "Olimpiakos"la üz-üzə gəlmişdi və 1:2 hesabı ilə məğlub olmuşdu. "Simurq" növbəti yoldaşlıq matçını iyulun 24-də "Beşiktaş"la keçirəcək.
 
SİMURQ: Pavel Kapsa (Amil Ağacanov, 46), Tural Axundov, Anderson Oliveyra, Ruslan Poladov (Dario Dakoviç, 46), İlkin Qırtımov, Dilaver Zrnanoviç (Rövşən Əmiraslanov, 46), Orxan Səfiyaroğlu, Stepan Polyak (Patrik Osiako, 46) (Ruslan Getman, 77), Nenad Kiso, Taqim Novruzov (Rəşad Eyyubov, 46), Eudis Silva (Salif Ballo, 67).
İSTANBUL BB: Eser Altın (Oğuzxan Bahadır, 46), Mahmut (Qeraldes, 46), Can Arat, Orxan, Tayfun (Fərhat, 46), Zeki (Yunus Emre, 46), Alaattin Tosun (Fevzi, 46), Edin (Zenke, 46), Ömer Can (Turqay, 75), Tom (Rizvan, 18), Mehmet Batdal (Murat Yılmaz, 46)
Qollar: Taqim Novruzov, 25 - Ömer Can, 67

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.