23 iyul 2013 14:05
Rəşad Abdullayev Bakı ilə yollarını ayıra bilər
“Bakı”nın yeni transferi Rəşad Abdullayev paytaxt klubundan ayrıla bilər. Azerisport.az xəbər verir ki, buna onun yeni baş məşqçi Milinko Pantiç tərəfindən istədiyi etimadı görə bilməməsi səbəb göstərilir.
Qeyd edək ki, Rəşad komandasının ölkə xaricindəki təlim-məşq toplanışı zamanı keçirdiyi yoxlama oyunlarında iki qol da vurub. Amma buna baxmayaraq, serbiyalı mütəxəssis ona əsas heyət oyunçusu kimi baxmır.
Bu üzdən də Abdullayev paytaxt klubundan ayrılıb, özünə yeni iş yeri axtarması gözlənilir. “Bakı” vətənə dönən kimi, Rəşadın rəhbərliklə bu məsələni müzakirə edib, anlaşmanı ləğv edəcəyi bildirilir. Yarımmüdafiəçi bu yay “Qəbələ”dən “Bakı”ya keçmişdi və 300 000 ABŞ dolları müqabilində bir illik müqaviləyə imza atmışdı.
