24 iyul 2013 02:07
Böyükağa Hacıyev: Bakıya qayıdan kimi istefa verəcəm
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Albaniya “Skenderbeu”suna qarşı keçirdikləri cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:1 hesabıyla uduzduqları görüşdən sonra bunları dilə gətirib:
“Çempionlar Liqasının oyunlarında belə zəif hakimlik olmamalıdı. Bir epizodda Cavidi vurdular, amma hakim heç bir cəza tətbiq etmədi. Albaniya çempionuna da demək istəyirəm ki, siz bizi hakimin sayəsində məğlub etdiniz. Bakıya qayıdan kimi, istefa verəcəm”.
