23 iyul 2013 14:33
Sumqayıtın Gürcüstanda son oyunu (FOTOREPORTAJ)
Hazırlığının ikinci mərhələsini Gürcüstanda davam etdirən "Sumqayıt" qonşu ölkədə üçüncü yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik elədiyi komanda Premyer Liqa təmsilçisi "Quriya Lançxuti" ilə üz-üzə gəlib. Görüşdə hesab açılmayıb.
Qeyd edək ki, “Sumqayıt” bundan öncə birinci liqa təmsilçisi “Mertsxali”ni 3:0 və Premyer Liqa təmsilçisi "Merani Martvili"ni isə 2:1 hesabı ilə məğlubiyyətə uğratmışdı.
