24 iyul 2013 02:48
“Neftçi məğlubiyyətlə barışa bilmədiyi üçün hakimlikdən danışır”
Albaniyanın “Skenderbeu” klubunun baş məşqçisi Mirel Yosa Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”yə qarşı keçirdikləri cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları dilə gətirib:
“Biz fantastik matç keçirdik. Oyunçular ilk dəqiqələrdən sona kimi qələbəyə köklənmişdilər. “Skenderbeu” güclü rəqibə qalib gəldi. Mən öz futbolçularımla fəxr edirəm. Azərbaycanlılar hakimlikdən şikayətlənirlər? Yəqin ki, onlar qələbə ilə barışa bilmədiklərinə görə belə danışırlar”.
