23 iyul 2013 15:38

Ramin Musayev: Bizim üç klubumuz qrup mərhələsinə düşə bilər

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin azerisport.az saytına müsahibəsi
 
- “Neftçi” bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Albaniya “Skenderbeu”su ilə cavab oyununa çıxır. Komandamızdan nə gözləyirsiz?
- Mən ilk oyunu stadiondan izləmişdim. Çempionumuz “Skenderbeu”ya qalib gəlməliydi. “Neftçi” Bakıdakı oyunda qol vurmağa borclu idi. Amma motivasiya istənilən səviyyədə deyildi. Oyunçular arxayın idilər və buna görə də hesabı aça bilmədilər. Hiss olunurdu ki, “Neftçi”nin bəzi futbolçuları özlərinə çox arxayındılar. Fikrimcə, təcrübə və ustalıq səviyyəsi onların səfərdə daha yaxşı çıxış etməsinə imkan verəcək. Ötən mövsüm bu komanda elə oyunlara çıxıb ki, indi səhv etməyə haqları yoxdu.
 
- Sizcə, “Neftçi” Nikolas Kanalesi saxlasaydı, fərqli nəticə qeydə alına bilərdi?
- Vaxtilə mən də klubda çalışmışam. Bilirəm ki, futbolçu komanda qalmaq istəmirsə, süni şəkildə qiymətini qaldırırsa, ondan mümkün qədər tez yaxa qurtarmaq daha ideal variantdı, nəinki onu komandada saxlamaq. Çünki onların fikri ancaq başqa klublarda olur. Bildiyimə görə, Kanales hələ özünə yeni klub tapmayıb. “Neftçi” onun səviyyəsini artırmasında böyük rol oynadı. Amma Kanales bütün bunları çox tez unutdu. Komandanın yeni transferləri heç nədə geri qalmırlar. Zaman keçdikcə Melvin Platye ondan da faydalı futbolçu olacaq. “Skenderbeu” ilə oyunda onun sürətinin, ustalıq səviyyəsinin şahidi oldum. Kanales də vaxtilə ilk bir ayda heç nə ilə seçilmirdi. Odu ki, Platyeyə də vaxt tanımaq lazımdı.
 
- Avrokuboklardakı klublarımızın şansları barədə nə düşünürsüz?
- Həmişə olduğu kimi, “Qarabağ” bu dəfə də çox yaxşı matç keçirdi. Fikrimcə, komandanın Polşa “Piast”ı üzərindəki bu qələbəsində həm komandanın, həm məşqçilərin, həm də rəhbərliyin böyük əməyi oldu. Çünki bu komandanı məhz rəhbərlik bu cür motivasiya edir. Qurban Qurbanov isə yaxşı kollektiv formalaşdırıb. İlk oyunda layiqli şəkildə qələbə qazandılar. Ümid edirəm ki, səfər oyununda da qələbə qazanıb, mərhələ keçəcəklər. Onların daha bir mərhələ keçmək üçün yaxşı şansları var.
 
- Bəs ilk oyunlarında eyni hesabla (0:2) uduzan “Xəzər Lənkəran”la “İnter”in şansları barədə nə deyə bilərsiz?
- “Xəzər Lənkəran”ın oyununda çoxlu anlaşılmazlıq var idi. Sanki futbolçular hələ bir-birini başa düşmürlər. Onlar yaxşı formada deyildi. Hayfa “Maccabi”si bizə tanış rəqibdi. Ona görə mən komandamızdan daha yaxşı oyun gözləyirdim. Mübariz və Mais Mənsimovlar Con Toşak üçün hər cür şərait yaradıb. Yəqin ki, o, komandasının toparlanmasına nail ola biləcək. Ev oyununda qələbə qazanmaq üçün şans var. Lənkəranlılar evdə daha yaxşı oynayırlar. Azarkeşlərinin də dəstəyi sayəsində layiqli futbol sərgiləyə bilərlər. “İnter”ə gəlincə, onların rəqibi barədə ətraflı məlumatım yoxdu. Fikrimcə, “İnter”in baş məşqçisi komandasını “Tromse” ilə cavab matçına necə hazırlamaq lazım olduğunu yaxşı başa düşür. Tromsedə komandamız səhvə yol verdi və iki qol buraxdı. İndi bu qolların əvəzini çıxmaq lazımdı. Əminəm ki, “İnter” Bakıda qələbə qazanacaq.
 
- Klublarımızın qrup mərhələsinə düşmək şanslarını necə qiymətləndirirsiz?
- Bu mövsüm avrokubokların püşkatması bizim üçün pis alınmır. Üçüncü təsnifat mərhələsində bütün klublarımıza normal rəqiblər düşüb. Onların hamısını keçmək olar. Komandalarımız sadəcə öz güclərinə inanmalıdılar. Bu mövsüm bütün təmsilçilərimiz azarkeşləri böyük uğurları ilə sevindirməlidilər. Belə şans hər dəfə ələ düşmür. Mən öncə iki klubumuzun qrup mərhələsinə düşəcəyinə inanırdım. Amma indi onlardan üçünün bu uğura nail olacağına ümidliyəm. Son oyunlar da göstərdi ki, Azərbaycan klubları buna nail ola bilərlər. Hər halda cavab oyunları hər şeyə aydınlıq gətirəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.