23 iyul 2013 16:35
Millimizin oyunçusu Avstriya toplanışına başladı
Türkiyənin “Eskişehirspor” klubu növbəti mövsümün hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, ötən gün komanda Avstriyaya təlim-məşq toplanışına yollanıb.
Hazırda Vyanata toplanış keçən komandanın məşqlərində Azərbaycan millisinin müdafiəçisi Ufuk Budaq da yaxından iştirak edir. Baş məşqçi Ertoğrul Sağlamın rəhbərliyi altında məşq edən futbolçular bu gün səhər məşqində həm topsuz, həm də toplu hazırlıq keçiblər.
