23 iyul 2013 17:10
AZAL milli üzvünü bəyənmədi
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov baxışda olan daha bir futbolçu ilə bağlı qərar verib. Azerisport.az xəbər verir ki, çalışdırıcı Sahib Savankulovu bəyənməyib.
Qeyd edək ki, Tacikistan millisinə dəvət alan Savankulov “Vaxış” klubundan gəlmişdi. Hətta Türkmənistan mətbuatı onun paytaxt klubunun məşqçilər korpusu tərəfindən bəyənildiyini yazırdı. Amma görünür, Sadıqovun qərarı fərqli olub.
