23 iyul 2013 17:59
Öncə Toşak, sonra Benado
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Xəzər Lənkəran” – “Maccabi” (Hayfa) oyunundan öncə keçiriləcək baş məşqçilərin mətbuat konfranslarının vaxtı məlum olub. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakın mətbuat konfransı sabah, iyul ayının 24-də saat 20:00-da keçiriləcək.
Qonaq komandanın oyun öncəsi son məşqi saat 21:00-da baş tutacaq və məşqin ilk 15 dəqiqəsi KİV üçün açıq olacaq.
“Maccabi” (Hayfa) klubunun baş məşqçisi Arik Benadonun mətbuat konfransı məşqdən 30 dəqiqə əvvəl, saat 20:30-da baş tutacaq.
Xatırladaq ki, qonaqların 54 nəfərlik heyəti bu gün axşam saatlarında Lənkərana çarter reysi ilə təşrif buyuracaq.
