24 iyul 2013 17:58
İnter Tromse ilə oyuna iki itki ilə çıxacaq
“İnter” Avropa Liqasının ikinci təsnifat mərhələsinin Norveç “Tromse”si ilə cavab matçının hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, “bankirlər” bu görüşə iki itki ilə hazırlaşırlar.
Belə ki, yarımmüdafiəçi Asif Məmmədovla müdafiəçi Laşa Salukvadze zədədən tam qurtulmayıb. Onların “Tromse” ilə cavab görüşündə iştirakı inandırıcı görünmür.
Qeyd edək ki, “İnter” – “Tromse” matçı sabah keçiriləcək və saat 21:00-da start götürəcək. Komandalar arasındakı ilk oyun təmsilçimizin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
