24 iyul 2013 18:15
"Neftçi üzərində qələbəyə görə söz verdiyim 100 min tezliklə oyunçulara ödəniləcək"
Albaniyanın “Skenderbeu” klubunun prezidenti Ardian Takay Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”yə qarşı keçirdikləri cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları dilə gətirib:
“Mən belə bir uğura imza atdığımıza görə çox şadam. 120 dəqiqə ərzində əsl xarakter nümayiş etdirdik. Mən futbolçulara 100 000 avro mükafat söz vermişdim. Sözümü tuturam. Yaxın zamanlarda komanda bu mükafatı alacaq”.
