24 iyul 2013 19:43

Riçard Almeyda: Qarabağ öz oyununu sərgiləsə, Piastın heç bir şansı olmayacaq

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Avropa Liqasının ikinci təsnifat mərhələsinin Polşa “Piast”ı ilə cavab oyunu öncəsi azerisport.az saytına müsahibə verib. Braziliyalı futbolçu öncə bunları dilə gətirib:
 
- Bizi səfərdə çox çətin oyun gözləyir. Amma biz “Piast”a qarşı necə oynamaq lazım olduğunu bilirik. Oyuna yaxşı köklənməyimiz çox vacibdi. Əgər yaxşı hazırlaşsaq, qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilərik.
 
- Polşalılar Bakıdakı məğlubiyyətin əvəzini çıxacaqlarına çox inanırlar...
- Rəqibimizin güclü tərəfləri var. Məsələn, onların atletik göstəriciləri daha yaxşıdı. Bu üzdən bizə problem yarada bilərlər. Bizim üstünlüyümüz isə texnikalı futbol oynamağımızdı. Fikrimcə, Bakıdakı oyunu burda da sərgiləyə bilərik.
 
- “Piast”ın üzvləri daha çox “Qarabağ”ın yarımmüdafiə xəttinin güclü olmasından danışırlar...
- Komandamızın oyununda hər bir mövqe çox önəmlidi. Polşa klubunda nə dedikləri mənə maraqlı deyil. Amma biz səylə çalışırıq. Bütün futbolçuları yaxşı oyun sərgiləmək istəyir.
 
- “Piast”ın qapısına vurduğunuz qol hələ də unudulmur...
- Çox şadam ki, belə bir qol vurmağa nail oldum. Həm də bu qol çox lazımlı anda gəldi.
 
- Maraqlıdı, belə bir qol necə alındı?
- Topu ələ keçirən kimi qərara aldım ki, qapıya vuracağam. Qarşımda açıq mövqe görən kimi, yoxlamaq istədim. Xoşbəxtlikdən hər şey yaxşı alındı.
 
- Belə qolu yenə gözləməyə dəyər?
- “Piast”ı yenidən şoka salmağı çox istəyirəm. Bunun üçün çalışacağam. Amma hər şeydən önəmli olan “Qarabağ”ın qələbəsidi.
 
- Proqnozunuz?
- Cavab verməkdə çətinlik çəkirəm. Bu, futboldu. Əgər istədiyimiz oyunu göstərə bilsək, rəqibin heç bir şansı olmayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.