25 iyul 2013 23:00
Qarabağ Avroliqanın 3-cü təsnifat mərhələsində! (YENİLƏNİB)
Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.
Komandamızın bu dəfəki rəqibi Polşanın “Piast” klubu idi. Avrokuboklarda ilk dəfə çıxış edən rəqibi ilə müqayisədə daha böyük Avropa təcrübəsinə malik komandamız mərhələ adlamağa borcluydu. İlk oyunda 2:1 hesabıyla qalbi gələn Qurban Qurbanovun yetirmələrinin işi səfər oyununda da asan olmadı. Amma komandamız əlavə vaxtda imza atdığı heç-heçə ilə mərhələ adlayan yeganə Azərbaycan klubu oldu.
Qeyd edək ki, üçüncü təsnifat mərhələsində bu cütün qalibini “Anorthosis” (Cənubi Kipr) – “Gefle” (İsveç) cütündə qalib gələcək komanda gözləyir. Bu komandaların ilk duelindən kiprlilər 3:0 hesablı qələbəylə ayrılıblar.
Avropa Liqası
İkinci təsnifat mərhələsi (cavab oyunu)
25 iyul
Piast – Qarabağ - 2:2 (2:1)
Qollar: L.Corc, 8 (0:1), M.Matras, 29 (1:1), M.Robak, 36 (2:1), U.Kapolonqo, 108 (2:2)
Qlivitse. “Piast” stadionu.
Baş hakim: Stanislav Todorov (Bolqarıstan).
İlk oyun – 1:2
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
1. "Piast" oyun başlayan kimi hücuma keçir və korner qazanır. Krolun baş zərbəsi qapıdan yan keçir
8. QOOOOOOOOOOOOOOOOOOL! Reynaldonun əla cinah reydindən sonra ötürməsini L.Corc əla zərbə ilə qola çevirir - 0:1
10. "Piast" komandamızı təzyiq altında saxlasa da, müdafiə xəttimiz diqqətlidi
14. "Qarabağ"ın sürətli hücumu zamanı V.Nadirovun uzaqdan zərbəsi qapıdan yan keçir
15. Oyuna komandamız nəzarət edir
17. Gelaşvilinin qapıya zərbə vurmasına son anda imkan vermirlər
18. Komandamızdan daha bir əla hücum: Reynaldonun zərbəsi qapıdan yan keçir
22. Gelaşvilinin iti bucaq altında zərbəsini Şumski dəf edə bilir
25. "Piast" stadionuna meydan sahiblərinə möhtəşəm azarkeş dəstəyi var. Komandamızın bu təzyiqdən qətiyyən çəkinmədiyini xüsusi qeyd etmək lazımdı
25. Reynaldodan daha bir möhtəşəm reyd. O, bu dəfə də Corca əla ötürmə verir. Amma hesabı açan futbolçumuz bu dəfə daha ideal mövqedən qapıya yol tapa bilmir
26. Polşalıların hücumu təhlükəli alınsa da, Varvodiç topu tutmağı bacarır
27. A.Teli gərəksiz yerə sarı vərəqə alır. Onun hakimlə danışmasına demək olar ki, ehtiyac yox idi
29. "Piast" korner qazanır. Matras dəqiq zərbə ilə hesabı bərabərləşdirir - 1:1
30. Meydan sahibləri daha bir korner qazanırlar. Bu da təhlükəli alınır. Amma hər şey komandamız üçün yaxşı qurtarır
33. Komandamız üç ardıcıl korner vuruşundan qol vura bilmir
36. Podqorskinin qapı qarşısına əla ötürməsini Robak gözlənilmə zərbə ilə qola çevirir - 2:1
39. Hanzelin zərbəsini Varvodiç tutur
41. Gelaşvili də heç nədən sarı vərəqə alır
43. Xuradonun zərbəsi qapıdan aralı keçir
45. Komandamız yaxşı hücum qursa da, Aqollinin zərbəsi dəqiq olmur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. Komandamız çox əla hücum qursa da, bunu qola çevirə bilmir
51. "Qarabağ"ın korner vuruşu qol gətirmir
53. Cərimə zərbəsindən göndərilən topu Matras qapıya göndərsə də, qapı çatı komandamızın dadına çatır
55. "Qarabağ" daha bir korneri boşa verir
57. Matras sarı vərəqə alır
58. Almeyda da sarı vərəqə ilə cəzalanır
60. "Piast"ın korner vuruşu "Qarabağ"ın istədiyi kmi nəticələnir
63. Komandamızda L.Corcu N.Yusifov əvəzləyir
66. Nadirovun zərbəsi dəqiq olmur
68. Xuradonu Lazdinş əvəzləyir
71. Matrasın zərbəsini Varvodiç dəf edir
74. İzvoltun zərbəsi qapıdan aralı keçir
75. Hanzelin əvəzində meydana Doçekal çıxır
76. V.Nadirovu B.Hüseynov əvəzləyir
78. "Piast" korner qazanır. Futbolçularımız topu uzaqlaşdıra bilirlər
85. Gelaşvilinin əvəzində meydana U.Kapolonqo çıxır
90. "Qarabağ" əla əks-hücum qursa da, Almeydanı qabaqlayan qapıçı topu uzaqlaşdırır
90+3. Doçekal sarı vərəqə ilə cəzalanır
Matçın əsas vaxtı başa çatdı. Hər şeyə əlavə vaxtda aydınlıq gələcək
Əlavə vaxt başladı
95. İzvoltu Çiçman əvəzləyir
97. "Qarabağ" korner qazansa da, Almeydanın qapı qarşısına ötürməsi qapıçıda qalır
100. Komandamız daha bir korner qazandı. R.Sadıqovun həlledici zərbəsi qapıdan yan keçir
105. Əlavə vaxtın ilk yarısı başa çatdı
Əlavə vaxtın ikinci hissəsi başladı
108. QOOOOOOOOOOOOOOOOOOOL! Kapolonqo möhtəşəm qolla hesabı bərabərləşdirdi - 2:2
115. Komandamız artıq bu sərfəli nəticəni qorumaq üçün müdafiəyə çəklib. Bu da başadüşüləndi
116. Kapolonqonun əks-hücum zamanı zərbəsi qapıdan aralı keçir
120. Reynaldo inanılmaz epizodu qaçırdı
Matç başa çatdı. "QARABAĞ" NÖVBƏTİ MƏRHƏLƏDƏ!
PİAST: 29. Yakub Şumski, 3. Çaba Horvat, 4. Mateuş Matras, 14.Adrian Klepçinski, 23. Kristof Krol, 25. Damian Zbozien, 17. Tomaş Podqorski (k), 18. Matey İzvolt, 20. Lukaş Hanzel, 11. Marçin Robak, 22. Ruben Xurado.
Ehtiyat oyunçular: 1. Yakub Şmatula, 5. Yan Polak, 10. Kamil Vilçek, 27. Artis Lazdinş, 9. Radoslav Muravski, 13. Tomaş Doçekal, 16. Pavol Çiçman.
QARABAĞ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 24. Admir Teli, 25. Ansi Aqolli, 9. Reynaldo, 16. Leroy Corc, 20. Riçard Almeyda, 11. Nikolas Gelaşvili, 17. Vüqar Nadirov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 55. Bədavi Hüseynov, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 6. Hacı Əhmədov, 88. Ulrix Kapolonqo.
