25 iyul 2013 22:55

İnter qələbə qazansa da... (YENİLƏNİB)

Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “İnter” də növbəti oyununa çıxıb.
 
Komandamızın bu dəfəki rəqibi Norveçin “Tromse” klubu idi. “Bankirlər” rəqib meydanında keçirilən ilk oyunda 2 cavabsız qolla uduzmuşdu. Bu üzdən indi doğma divarlar arasında keçirilən cavab görüşündə mütləq qalib gəlməyə borcluydu. Paytaxt klubunun mərhələ adlaması üçün öz qapısını toxunulmaz saxlamaq şərti ilə 3 cavabsız qol vurması lazım idi. Amma təəssüf ki, "bankirlər" cəmi 1 qol vura bildilər və mübarizəni dayandırmaq məcburiyyətində qaldılar.
 
Qeyd edək ki, bu komandalardan daha güclü olanı növbəti mərhələdə “Differdange” (Lüksemburq) - “Utrecht” (Hollandiya) cütünün qalibi ilə oynamaq şansı qazanacaq. Potensial rəqiblərin ilk görüşündə lüksemburqlular 2:1 üstün olublar.
 
Avropa Liqası
İkinci təsnifat mərhələsi (cavab oyunu)
25 iyul
 
İnter – Tromse - 1:0 (0:0)
Qol: B.Sxadadze, 76 (1:0)
Bakı. “Bayıl Arena”.
Baş hakim: Eli Hacmon (İsrail).
İlk oyun – 0:2
 
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
4. A.Məmmədovun zərbəsini qapıçı tutur
5. İaşvilinin də zərbəsini Salman dəf edir
6. Cavadovun qapıya zərbə endirməsinə imkan vermirlər
7. İaşvilinin zərbəsi qapıdan yan keçir
10. Daşdəmirovun zərbə vurmasına imkan vermirər
11. Cavadovun təhlükəli zərbəsini qapıçı dəf edir
16. M.Alvaronun zərbəsinin qarşısını müdafiəçilər kəsirlər
17. "İnter" iki ardıcıl kornerdən yararlana bilmir
18. Əmircanovun vuruşunda top rəqib qapıçıda qalır
19. F.Bek də qeyri-dəqiq zərbəylə yadda qalır
20. "İnter" tam olaraq oyuna nəzarət etsə də, bircə qol çatışmır
19. İaşvilinin zərbəsi qapıdan azca aralı keçir
25. Foyut sarı vərəqə alır
30. Oyun demək olar ki, mərkəzdə keçir. "Tromse" bütün komanda ilə müdafiəyə çəkilib və "İnter"in hücumlarını zərərsizləşdirməyə çalışır. Qonaqların hələ bir dənə də yadda qalan hücumu olmayıb
39. "İnter"in kornerdən də qol vurmaq istəyi alınmır
45. Koppinenin zərbəsi qapıdan yan keçir
45. İlk yarıya 2 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. "İnter"də Cavadovu Sxadadze əvəzləyir
50. Komandamızın hücumları çox "dişsiz"di. Bu gedişlə rəqibə üç qol vurmaq heç inandırıcı görünmür
54. Sxadadzenin zərbəsi qapıdan yan keçir
56. Sissin zərbəsini Lomaya tutur
57. "İnter" korner qazansa da, İaşvilinin həlledici zərbəsi dəqiq olmur
58. Yohanssenin zərbəsi qapıdan aralı keçir
61. A.Məmmədovu D.Genov əvəzləyir
65. "Tromse" demək olar ki, "İnter"ə oynamağa imkan vermir
67. Pritkardı L.Yonsen əvəzləyir
68. İaşvili sarı vərəqə alır
69. Genovun zərbəsini rəqib qapıçı tutur
76. QOOOOOOOOOOOOL! Sxadadze nəhayət ki, rəqib qapısına yol tapmağı bacarır - 1:0
78. "Tromse" iki dəyişikliyə əl atır: Kauseviçi Norbye, Foyutu Draqe əvəzləyir
82. Sxadadze sarı vərəqə alır
84. İavşilini Zərgərov əvəzləyir
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
Matç başa çatdı. Komandamız qələbə qazansa da, mərhələ keçə bilmir
 
İNTER: 1. Georgi Lomaya, 3. Laşa Salukvadze, 7. Ruslan Əmircanov, 20. Brüs Abdulay, 5. Slavço Georgiyevski, 8. Mikel Alvaro, 11. Asif Məmmədov, 21. Arif Daşdəmirov, 77. Flavio Bek, 9. Aleksandr İaşvili, 70. Vaqif Cavadov (k).
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 4. İvan Alexandro, 33. Matiya Şpiçiç, 10. Daniel Genov, 6. Samir Zərgərov, 28. Baçana Sxadadze.
TROMSE: 1. Markus Salman, 3. Yaroslav Foyut, 6. Adnan Kauseviç, 7. Miika Koppinen (k), 22. Saliu Siss, 8. Tomas Bendiksen, 15. Maqnus Andersen, 17. Remi Yohansen, 18. Yoş Pritkard, 4. Ruben Kristiansen, 13. Zdenek Ondraşek.
Ehtiyat oyunçular: 27. Benni Lekstöm, 14. Hans Norbye, 10. Tomas Draqe, 16. Lars Yonsen, 20. Matias Yonsen, 5. Morten Moldskred, 28. Aleksandr Priyoviç.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.