25 iyul 2013 22:49

Maccabi Xəzər Lənkəranı 8 qolla biabır etdi (YENİLƏNİB)

Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Xəzər Lənkəran” da növbəti oyununa çıxıb.
 
Komandamızın bu dəfəki rəqibi İsrailin “Maccabi” (Hayfa) klubuydu. Güclü rəqiblə ilk görüşə səfərdə çıxan Con Toşakın yetirmələri Hayfada iki cavabsız qolla məğlub olmuşdular. İndi bu məğlubiyyətin əvəzini çıxmaq çox çətin görünsə də, komandamızın mərhələ adlamaq şansı qalırdı. Lakin çox təəssüf ki, "Xəzər Lənkəran" ev oyununda daha biabırçı çıxış və nəticəylə yadda qaldı və mübarizəni dayandırdı.
 
Qeyd edək ki, bu komandalardan daha güclü olan növbəti mərhələdə “Ventspils” (Latviya) – “Jeunesse” (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. Onların ilk duelində latviyalılar minimal hesabla qalib gəliblər.
 
Avropa Liqası
İkinci təsnifat mərhələsi (cavab oyunları)
25 iyul
 
Xəzər Lənkəran – Maccabi - 0:8 (0:6)
Qollar: A.Turgeman, 7 (0:1), Y.Katan, 10 (0:2), Rayo, 13-pen (0:3), Ş.Abuhazira, 26 (0:4), H.Ezra, 41 (0:5), Ş.Abuhazira, 44 (0:6), Rayo, 62 (0:7), E.Qolasa, 76 (0:8)
Lənkəran şəhər stadionu.
Baş hakim: Danni Makkelye (Hollandiya)
İlk oyun – 0:2
 
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
1. Komandamız oyuna əla başlayır. Benuahinin zərbəsi dirəyə tuş gəlir
3. Doblas sarı vərəqə alır
6. Tvathanın zərbəsini Doblas tutur
7. Rayonun zərbəsini Doblas dəf edir
7. Turgeman cavab oyununda da "Xəzər Lənkəran"ın qapısına yol tapır - 0:1
10. Katanın zərbəsini Doblas dəf edir. Amma bu futbolçu da istəyinə çata bilir- 0:2
13. Əmirquliyev penaltiyə səbəb olur. Rayo penaltini dəqiq yerinə yetirir - 0:3
18. XL kornerdən yaxşı yararlana bilmir
23. Rayonun zərbəsini Doblas dəf edə bilir
26. Abuhazira da komandamızı cəzalandırır - 0:4
31. Qonaqlar korner qazanırlar. Rayonun zərbəsi dirəkdən dönür
37. Abuhaziranın zərbəsini Doblas dəf edir
38. XL-ın korner vuruşu yenə bəhrəsiz qalır
41. Ezra "ağ-yaşıllar"ı beşinci dəfə meydanın mərkəzinə dəvət edir - 0:5
44. Abuhazira dublunu rəsmiləşdirir - 0:6
Birinci hissə başa çatdı
İkinci hissə başladı
45. XL-da Skarlatakeni A.Silva, Doblası O.Sadıqlı əvəzləyir
48. Orsuliç sarı vərəqə alır
49. Rayonun zərbəsini O.Sadıqlı tutur
51. U.Pamukun zərbəsi qapıdan aralı keçir
52. Benuahi qeyri-dəqiq zərbəylə yadda qalır
53. Nildonun da vuruşu istənilən kimi alınmır
55. XL korner qazanır. A.Silvanın həlledici zərbəsi hədəfə düşmür
60. Qliqorovu Benuahi əvəzləyir
62. Katanın ötürməsini qola çevirən Rayo da dubla imza atır - 0:7
67. "Maccabi"də Rayonu Qolasa əvəzləyir
69. Qliqorov sarı vərəqə ilə cəzalanır
73. Bokkolini Yadin əvəzləyir
75. Bu dəqiqələrdə oyunda temp bir qədər aşağı düşüb
76. Qolasa da "Xəzər Lənkəran"a qol vurur - 0:8
77. Ezranı Rayyan əvəzləyir
82. Abuhaziranın zərbəsi qapıdan yan keçir
85. XL kornerdən yararlana bilmir
87. Katan qapıya zərbə endirsə də, O.Sadıqlı yerindədi
Matç başa çatdı
 
XƏZƏR LƏNKƏRAN: 30. Toni Doblas, 5. Elnur Allahverdiyev, 21. Radomir Todorov, 27. Adrian Skarlatake, 6. Rasim Ramaldanov, 9. Uğur Pamuk, 11. Zohair Benuahi, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 99. Marin Orsuliç, 12. Franko Nildo.
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 4. Alvaro Silva, 8. Eder Bonfim, 7. Sadio Tounkara, 23. Nikola Qliqorov, 17. Kazım Kazımlı, 55. Ağabala Ramazanov.
MACCABİ: 33. Boyan Şaranov, 13. Taleb Tvatha, 18. Elad Qabay, 21. Dekel Keynan, 7. Qustavo Bokkoli, 8. Hen Ezra, 10. Rayo, 25. Edin Kokaliç, 17. Alon Turgeman, 19. Şimon Abuhazira, 20. Yaniv Katan (k).
Ehtiyat oyunçular: 22. Amir Edri, 3. Şmuel Şeymann, 29. Andrey Pilyavski, 15. Eyal Qolasa, 26. Avihay Yadin, 14. Sintayehu Sallaliç, 16. İsmail Rayyan.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.