24 iyul 2013 20:55
Aqnar Kristensen: Bakıdakı oyuna da eyni heyətlə çıxacağıq
Norveçin “Tromse” klubunun baş məşqçisi Aqnar Kristensen Avropa Liqasının ikinci təsnifat mərhələsinin “İnter”lə cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün Bakıda keçirilmiş mətbuat konfransında bunları qeyd edib:
“İlk oyunla müqayisədə heyətimizdə dəyişiklik olmayacaq. Biz bu mərhələni keçmək istəyirik. Amma bilirik ki, çətin olacaq. “İnter” güclü rəqibdi. Cinah hücumlarına, ötürmələrinə üstünlük verir. Sabah onlar hücum edəcəklər. Biz isə müdafiədə diqqətli oynamalıyıq. Heç-heçə də pis olmazdı. Lakin bizim üçün hər şeydən önəmli olan mərhələni keçməkdi”.