24 iyul 2013 21:02

Neftçidə klubdaxili iclas keçirildi

Albaniya səfərindən qayıtdıqdan dərhal sonra “Neftçi”nin prezidenti Sadıq Sadıqovun tapşırığı ilə klubdaxili iclas keçirilib. Azerisport.az xəbər verir ki, baş məşqçi Böyükağa Hacıyev, eləcədə məşqçilər Tərlan Əhmədov, Bəxtiyar Musayev, Kamal Quliyev, Neboyşa Monoyloviç və Ruben Sellesin iştirakı ilə keçirilmiş iclasda Çempionlar liqasının ikinci təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” klubuna məğlubiyyətin səbəbləri ilə bağlı məşqçilərin fikirləri dinlənilib.
 
Baş məşqçi Böyükağa Hacıyev məğlubiyyətə görə məsuliyyət daşıdığını və 25 iyul 2013-cü il tarixdə saat 11:00-da klub prezidenti Sadıq Sadıqova istefa ərizəsini təqdim edəcəyini bilidirib. Məşqçilər isə klub prezidentinin verəcəyi qərara razı olduqlarını söyləyiblər.
 
“Skenderbeu” klubuna məğlubiyyətin səbəbləri araşdırılacaq və yekun qərar yaxın günlərdə klub prezidenti Sadıq Sadıqovun iştirakı ilə keçiriləcək iclasda veriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.