24 iyul 2013 22:09

Qurban Qurbanov: Cütün taleyini əsas vaxtda həll etmək istəyirik

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının ikinci təsnifat mərhələsinin Polşa “Piast”ı ilə cavab matçı öncəsi mətbuat konfransı keçirib. Azerisport.az sizi həmin mətbuat konfransından hazırlanmış reportajla tanış edir.
 
- Polşaya ilk səfərinizdə “Visla”ya qalib gəlmişdiniz. “Piast”a da eyni aqibəti yaşadacağınıza əminsiz?
- Bu oyun öncəsi əminliklə danışmaq çətindi. Bir şeyi bilirəm ki, sabah güclü və iddialı komandaya qarşı oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, “Piast” səddini keçək.
 
- Hansı “Qarabağ” daha güclüdü: o dövrdəki, ya indiki?
- Bunlar fərqli komandalardı. Çünki bizim heyətdə çoxlu dəyişikliklər olub. Futbol hər il dəyişir, klublar heyətlərini daha da gücləndirirlər.
 
- “Piast” penaltilərə də hazırdı. Bəs siz?
- Biz pley-off oyunlarının bütün gözlənilməzliklərinə hazır olmalıyıq. Amma cütün taleyini 90 dəqiqə ərzində həll etmək istəyirik.
 
- “Piast”ın heyətində kimi fərqləndirərdiniz?
- Kimisə xüsusi qeyd etmək istəmirəm. Komandanızın yaxşı futbolçuları var. “Piast” bütövlükdə komanda oyunu sərgiləyir.
 
- “Piast” Azərbaycan çempionatında necə çıxış edə bilərdi?
- Medallar uğrunda yarışa bilər.
 
- 2:1 sizin üçün mərhələ adlamaq baxımından yaxşı şans yaradır?
- İlk oyundan sonra üstünlük bizim tərəfimizdədi. Amma indi top buraxmamalı və qol vurmağa çalışmalıyıq. Ümumiyyətlə isə şanslar əllinin əlliyədi.
 
- “Piast” “Qarabağ”ın müdafiə xəttini dayandırmaqla qalib gələcəyinə ümid edir...
- Biz öz oyunumuzdan imtina etməyəcəyik. Eyni zamanda meydanın mərkəzində üstünlüyə malik olan komandanın növbəti mərhələyə keçəcəyi ilə də razı deyiləm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.