24 iyul 2013 11:26

Qəbələ qələbə ilə başladı (FOTOREPORTAJ)

Avstriyanın Zalsburq bölgəsində hazırlığını davam etdirən "Qəbələ" toplanış çərçivəsində ötən gün ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, Almaniyanın Münhen şəhərində "Hans-Bayer" stadionunda keçirilən qarşılaşmada Yuri Syominin yetirmələri Türkiyə təmsilçisi "Gənclərbirliyi ilə qarşılaşıb.
 
"Qəbələ" Ankara klubuna qarşı aşağıdakı heyətlə mübarizə aparıb:
 
27. David Petrkeviç, 34. Ürfan Abbasov, 15. Omar Kalaban, 6. Vladimir Levin, 84. Deyan Kelhar (5. Sadiq Quliyev), 18. İbrahima Niasse, 14. Lorenzo Ebesilyo (9. Amit Quluzadə), 10. Dodo (42. Leonardo Da Silva), 8. Nizami Hacıyev (9. Viktor Mendi), 11. Yannik Kamanan (19. Abdulvahid Afolabi), 32. Daniel Subotiç (22. Rodriqes Assis).
 
Matç tərəflərin kəşfiyyat xarakterli hücumları ilə start götürüb. 40-cı dəqiqəyə kimi hər iki komanda bir neçə əlverişli imkan əldə etsə də, hesabı açmaq mümkün olmayıb. 41-ci dəqiqədə isə "Qəbələ" hesabı öz xeyrinə dəyişməyi bacarıb. Cərimə meydançası daxilində Yannik Kamanana qarşı kobudluq hakimin penalti nöqtəsini göstərməsiylə nəticələnib. Topa yaxınlaşan Lorenzo Ebesilyo qapıçıya şans verməyib - 1:0.
 
İkinci hissəyə "Qəbələ" daha aktiv başlayıb. Bu aktivlik 54-cü dəqiqədə öz bəhrəsini verib. İlk qolun vurulmasında pay sahibi olan Yannik Kamanan bu dəfə də rəqib müdafiəçini cərimə meydançası hüdudlarında kobudluğa məcbur edib və komandasına növbəti penaltini qazandırıb. 11 metrlik zərbəni dəqiq yerinə yetiriən Subotiç fərqi ikiyə çıxarıb - 2:0. Hücumları səngiməyən "Qəbələ" 60-cı dəqiqədə Türkiyə təmsilçisini yenidən meydançanın mərkəzinə dəvət edib. İlk iki qolda payı olan Kamanan Leonardonun dəqiq ötürməsini eyni dəqiqliklə qola çevirib - 3:0. Bu qoldan sonra əvəzetmələrə üstünlük verən "Qəbələ" 76-cı dəqiqədə qapısında qol görüb. Ferhat Görgülü hesab arasındakı fərqi azaldıb və matçın nəticəsini müəyyənləşdirib - 3:1. 
 
Beləliklə, "Qəbələ" Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk matçda inamlı qələbə qazanıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.