24 iyul 2013 22:51

Simurq Beşiktaşla oyunda məğlub oldu (YENİLƏNİB)

Avstriyanın Tirol şəhərində yay təlim-məşq toplanışını davam etdirən “Simurq” bu gün hazırlıq çərçivəsində üçüncü yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun rəqibi Türkiyənin məşhur “Beşiktaş” komandası olub.
 
Görüşdə hesabı "Simurq" açıb. Amma Türkiyə təmsilçisi oyunun gedişini dəyişə bilib və sonda əzmkar qələbə qazanıb.
 
Qeyd edək ki, “Simurq” bundan öncə Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşmış və 1:2 hesabıyla məğlub olmuşdu. Türkiyənin digər klubu “İstanbul BB” ilə görüşdə isə 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Zaqatala klubu Türkiyə toplanışı zamanı da üç yoxlama oyunu keçirmişdi. Georgi Çixradzenin yetirmələri həmin oyunlardan ikisində heç-heçə etmiş, birində uduzmuşdu.
 
Yoxlama oyunu
24 iyul
 
Simurq – Beşiktaş - 1:2 (0:0)
Qollar: S.Ballo, 55 (1:0), Dentinyo, 68 (1:1), H.Almeyda, 85 (1:2)
 
Oyun başladı
5. "Beşiktaş" ilk dəqiqələrdən oyuna nəzarət edir
6. Oyunun keçirildiyi məkanda yağış başladı
8. "Simurq" daha çox müdafiədən oynamağa çalışır və görünür əks-hücum taktikası seçilib
10. Hələ ki, komandalar qapılar qarşısında real qol vəziyyəti yarada bilmirlər
15. Oyun demək olar ki, meydanın mərkəzində keçir və kəsərli hücumlar müşahidə olunmur
25. Oyunda ilk korner türklər qazanır. Qapı qarşısına göndərilən topa İ.Toramanın baş zərbəsi dəqiq olmur
37. "Simurq" ən təhlükəli hücumunu təşkil etsə də, G.Güvenç topa sahib çıxır
42. S.Öztürk az qala hesabı açacaqdı. Onun zərbəsi qapıdan azca yan keçdi
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. G.Töre yerini V.Kavlaka verir
46. "Simurq"da isə R.Eyyubovu S.Ballo əvəzləyir
48. Komandamız ikinci hissənin əvvəlində daha çox kobud oyunla yadda qalmaqdadı. Ardıcıl iki dəfə "Beşiktaş"ın üzvləri həkim yardımına ehtiyac duyur
51. A.Oliveyranın kobudluqla dayandırdığı S.Öztürk oyuna davam edə bilmir və onu M.Fernandes əvəzləyir
52. M.Demirçinin cərimə zərbəsi qapıdan aralı keçir
55. "Simurq" ilk təhlükəli hücumunda hesabı açır. Qapıçıyla üz-üzə qalan futbolçu şansını qaçırmır - 1:0
60. "Beşiktaş" hesabı açmağa yaxın olsa da, futbolçularımız topu kornerə çıxarırlar. Korner zamanı R.Poladov topu uzaqlaşdırır
61. Türklər təzyiqi artırıblar. Komandamız qoldan sonra müdafiəyə çəkilmək məcburiyyətində qalıb
63. "Beşiktaş"da birdən-birə dörd əvəzləmə edilir: M.Pektemeki H.Almeyda, E.Gülümü T.Sivok, M.Akgünü T.Kayhan, İ.Toramanı isə J.Esküde əvəzləyir
67. S.Polyakı R.Əmiraslanov əvəzləyir
68. Dentinyo V.Kavlakın ötürməsini qolla tamamlayır - 1:1
75. "Beşiktaş" yenə üstün oyun sərgiləməkdə davam edir və ikinci qol axtarışındadı
77. Türklər korner vuruşunda qol istəklərinə çata bilmirlər
83. R.Əmiraslanov qapıçı ilə üz-üzə qalsa da, bu şansdan yararlana bilmir
85. H.Almeyda qapı qarşısına ötürməni başla tora qovuşdurur - 1:2
Matç başa çatdı
 
SİMURQ: Pavel Kapsa, Tural Axundov, Dilaver Zrnanoviç, Ruslan Poladov (k), İlkin Qırtımov, Anderson Oliveyra, Orxan Səfiyaroğlu, Stepan Polyak, Nenad Kiso, Taqim Novruzov, Rəşad Eyyubov.
BEŞİKTAŞ: Günay Guvenç, Mehmet Akgün, Pedro Franko, Ersan Gülüm, Gökhan Süzen, İbrahim Toraman (k), Muhammed Demirçi, Sezer Öztürk, Gökhan Töre, Dentinyo, Mustafa Pektemek.
Ehtiyat oyunçular: Cenk Gönen, Emre Metin, Tomaş Sivok, Jülyen Esküde, Manuel Fernandes, Vəli Kavlak, Olcay Şahan, Hüqo Almeyda, Tanju Kayhan, Ömer Şişmanoğlu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.