24 iyul 2013 12:31
Elhad Nəziri Vikingurla cavab matçına aparıldı (FOTO)
Rumıniyanın “Petrolul” klubu Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Farer adalarının “Vikingur” komandasına qarşı keçirəcəyi cavab matçının hazırlıqlarını yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Elhad Nəzirinin komandası artıq bu oyun üçün səfərə yollanıb.
Baş məşqçi Kosmin Kontra sözügedən oyuna 17 futbolçu ilə yollanıb. Sözügedən siyahıda Elhad da yer alıb.
“Petrolul” bu gün rəqib meydanında son məşqə çıxacaq. Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyunda həmyerlimizin komandası 3:0 hesabıyla qalib gəlmiş, Elhad da həmin matçın iştirakçısı olmuşdu. İstisna deyil ki, sabah keçiriləcək cavab matçında futbolçumuzu yenidən meydanda görək.
