25 iyul 2013 00:37
Qurban Qurbanov: Böyükağa Hacıyevin istefaya göndərilməsi düzgün olmaz
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi”dəki həmkarı Böyükağa Hacıyevin mümkün istefasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Əlbəttə, heç kim “Neftçi”nin avrokuboklardan belə erkən uzaqlaşmasını istəməzdi. Amma hər şeyə hazır olmaq lazımdı. “Skenderbeu” ilə Bakıdakı oyunda komanda çox qol vəziyyəti yaratdı. Hər şeyə elə ilk oyunda aydınlıq gələ bilərdi. “Neftçi” yaxşı oynasa da, top qapıya getmək istəmədi. Səfər oyununda isə qırmızı vərəqə komandanın oyununa böyük təsir göstərdi. Özü də oyun rəqib komandanın azarkeşlərinin gözü qarşısında keçirilirdi. Belə vəziyyətdə oynamaq asan deyildi. Digər tərəfdən albanların çox yaxşı komandası var. İndi zəf rəqib yoxdu. “Neftçi” bu komandaya bircə qol vursaydı, hər şey tam fərqli də ola bilərdi. Fikrimcə, əlavə vaxtda uduzan komandanın baş məşqçisinin istefa verməsi düzgün olmaz. “Neftçi” ən yaxşı oyununu məhz Böyükağa Hacıyevin rəhbərliyi altında sərgiləyib. Klub onunla iki dəfə çempion olub, Avropa Liqasının qrup mərhələsində çıxış edib. Ona böyük hörmətim var. Amma istənilən halda bu, klubun daxili işidi”.