25 iyul 2013 00:53
Türkiyədəki futbolçularımız ilk rəqiblərini tanıdılar
Türkiyə PTT Birinci Liqasının 2013/14 mövsümünün püşkü atılıb. Azerisport.az xəbər verir ki, 19 komandanın çıxış edəcəyi çempionatda iştirak edən futbolçularımızın da rəqibləri müəyyənləşib.
Arif İsayevlə Saşa Yunisoğlunun çıxış etdiyi “Denizlispor” ilk turda “Gaziantepspor”un qonağı olacaq. Fərid Quliyevlə Murad Axundzadəni heyətinə qatan “Kahramanmaraşspor” Ramal Hüseynovun forma geyindiyi “Bucaspor”la üz-üzə gələcək.
Milliləşdirilmiş futbolçularımız – Andrey Popoviçlə Usim Ndukanın şərəfini qoruduğu “Tavşanlı Linyitspor” səfərdə “Balıkesirspor”la qarşılaşacaq. Branimir Subaşiçin komandası “Orduspor” isə “Adanaspor”un qonağı olacaq.
Qeyd edək ki, PTT Birinci Liqanın ilk turunun oyunları 17, 18 və 19 avqustda keçiriləcək.
