24 iyul 2013 13:38

İsgəndər Cavadov: Vaxtı gələndə Neftçidəki böhranla bağlı hər şeyi danışacağam

Azərbaycan futbolunun veteranı İsgəndər Cavadovun azerisport.az saytına müsahibəsi
 
- “Neftçi”nin Çempionlar Liqasında Albaniya “Skenderbeu”suna məğlubiyyəti barədə nə deyə bilərsiz?
- “Neftçi” “Skenderbeu”nu keçməyə borclu di. Biz püşkatmadan sonra çox sevinirdik, hesab edirdik ki, keçiləsi rəqiblə düşmüşük. Amma hələ Bakıdakı ilk oyun göstərdi ki, “Neftçi”də sabitlik çatışmır. Problem nədədi, bilmirəm. Hər halda ötən mövsümlə müqayisədə çox fərqli “Neftçi” gördük. Çox təəssüf ki, belə alındı. Mən son ana qədər inanırdım ki, mərhələ keçəcəyik.
 
- Sizcə, oyunda dönüş nöqtəsi İqor Mitreskinin qırmızı vərəqə alması oldu?
- Mitreski “Neftçi”nin lideridi. O, qırmızı vərəqəni əsas vaxtın son dəqiqələrində aldı. Amma ona qədər komandamız hücum edirdi ki? Həm də 10 nəfərlə qol vurmaq olmur?
 
- Bəs siz “Neftçi”dən nə gözləyirdiniz?
- ÇL-də ən azı iki mərhələ keçəcəklərini gözləyirdim. Klub rəhbərliyi futbolçulara bu qədər maaş verir, onlarsa heç normal pulu olmayan bir komandaya uduzur. Onlar elə müdafiə olunurdular ki, sanki oyunu penaltilərə daşımaq istəyirlər. Onsuz da bu komandanı keçsəydik, Qazaxıstan “Şaxtyor”una heç nə edə bilməyəcəkdik.
 
- Sizcə, uğursuzluğun əsas səbəbi nədi?
- Komanda uduzanda məşqçilər korpusu günahkar sayılır. Onlar hazırlığa cavabdehlik daşıyırlar. Futbolçulara bu qədər pul vermək lazım deyil. Bu oyunçular öz səviyyələrinə uyğun olmayan pullar qazanırlar. Digər bir məqam da futbolçuların işə münasibətidi. Flavinyo dünən hardaydı? Ölkə çempionatında o, komandanın lideri sayıla bilər. Amma qitə arenasında o, heç nə ilə yadda qalmadı.
 
- Deməli, bizim klubların hələ ÇL-in qrup mərhələsi haqda düşünməsi çox tezdi?
- Mən hələ bu oyunlar öncəsi də demişdim ki, “Neftçi” sabit çıxış etmir. Düzdü, biz komandanın ötən mövsüm imza atdığı uğuru unutmuruq. Amma bu uğurun davamını gətirmək də lazım idi. Bunu bacarmırıqsa, ÇL-in qrup mərhələsi barədə düşünmək tezdi.
 
- Böhrandan çıxış yolunu nədə görürsüz?
- Klub problemlərini özü həll etməlidi. Onlar başa düşməlidilər ki, Azərbaycanda çempion olduqdan sonra Avropada belə uğursuz çıxış etmək olmaz. “Neftçi”nin bu məğlubiyyəti şəxsən mənim üçün çox utandırıcıdı. Vaxtı gələndə mən hər şeyi danışacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.