24 iyul 2013 14:10
“Bakıdakı məğlubiyyətdən dərs çıxarmağımız və daha yaxşı oynamağımız çox vacibdi”
Polşanın “Piast” klubunun müdafiəçisi Damian Zbozien Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ”la cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Reynaldo çox yaxşı oyunçudu. O, Belçikada oynayıb, çoxlu qollar vurub. İndi isə Azərbaycanda çoxlu pul qazanır. Amma mən bütün diqqəti yalnız bu oyunçuya yönəltməyin əleyhinəyəm. “Qarabağ”ın bizim dişimizə görə rəqib olduğunu düşünürəm. Hər şey özümüzdən asılıdı. Əlbəttə, bunun üçün Bakıdakı məğlubiyyətdən nəticə çıxarmağımız və daha yaxşı oynamağımız çox vacibdi. Məndə belə bir hiss var ki, bu oyunda əlavə vaxt da ola bilər”.
