26 iyul 2013 00:55
Nəziri Avroliqa matçında 90 dəqiqə oynadı, komandası mərhələ adladı (YENİLƏNİB)
Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin heyətində yer aldığı Rumıniyanın “Petrolul” klubu da bu turnirdə növbəti oyununa çıxıb.
Birbaşa bu mərhələdən mübarizəyə qoşulan həmyerlimizin komandası ilk cəhdində Farer adalarının “Vikingur” klubunu mübarizədən kənarlaşdırmalıydı. "Petroluul" doğma meydanda keçirilən görüşdə bu rəqibinə 3 cavabsız qolla qalib gəlmişdi və demək olar ki, növbəti mərhələyə vəsiqənin taleyini həll etmişdi. Cavab görüşü sadəcə formal xarakter daşıyırdı. Elhadın komandası səfər matçında daha böyük hesabla qalib gəlməklə mərhələ keçib.
Bu komandalar arasındakı ilk görüşdə 8 dəqiqə oynamış Elhad bu dəfə start heyətdə meydana çıxıb. O, 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, "Petrolul" növbəti təsnifat mərhələsində Hollandiyanın “Vitesse” klubu ilə qarşılaşacaq.
Avropa Liqası
İkinci təsnifat mərhələsi (cavab oyunu)
25 iyul
Vikingur - Petrolul - 0:4
