24 iyul 2013 14:56
İnterin rəqibi Bakıya gəldi (FOTO)
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində sabah Bakıda "İnter"lə cavab matçına çıxacaq Norveçin "Tromse" klubu artıq Azərbaycandadı. Azerisport.az xəbər verir ki, Tromse şəhərinin təmsilçisi Bakıya 40 nəfərlik heyətlə təşrif buyurub.
Bu gün qonaqlar “Bayıl Arena”da son məşqə çıxacaqlar.
Qeyd edək ki, "Bayıl Arena"da keçiriləcək "İnter" - "Tromse" oyunu saat 21:00-da start götürəcək.
