25 iyul 2013 02:31
Millimizin üzvü Avstriya klubu üzərində qələbədə pay sahibi oldu (FOTO)
Türkiyənin “Eskişehirspor” klubu Avstriya toplanışı çərçivəsində ilk sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budaqın çıxış etdiyi komanda yerli “Austria” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma “Eskişehirspor”un 3:1 hesablı qələbəsiylə başa çatıb.
Baş məşqçi Ertoğrul Sağlam Ufuka da bu oyunda forma geymək şansı verib. Millimizin üzvü 46-cı dəqiqədə meydana çıxıb. Komandası son iki qolu məhz Ufuk meydanda olduğu vaxt vurub.
