24 iyul 2013 15:24
Neftçini yıxan adam danışdı
Albaniyanın “Skenderbeu” klubunun yarımmüdafiəçisi Nurudin Orelesi Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”yə qarşı keçirdikləri cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları dilə gətirib:
“Allaha təşəkkür edirəm ki, bizim arzumusun həyata keçməsinə imkan verdi. Biz Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəldik. Bu, bizim üçün çox böyük hadisədi. Çempion öz oyunu ilə çempion olduğunu bir daha təsdiqlədi. “Neftçi” ilə oyun həqiqətən çox ağır alındı. Amma biz sona qədər oyuna nəzarəti əldə saxladıq. Yalnız ikinci hissənin əvvəlində rəqib təzyiqi artırmışdı. Lakin biz özümüzdə güc tapa, uğur qazana bildik. Tam layiqli şəkildə zəfər qazandıq. Rəqib futbolçunun qırmızı vərəqə almasından sonra qapımız qarşısında təhlükə də azaldı. Şadam ki, qələbə qolunu vurmaq məhz mənə qismət oldu. Bu qolu ailəmə həsr etmək istəyirəm. Prezidentə, azarkeşlərə də minnətdaram ki, bizi sonadək dəstəklədilər”.
