24 iyul 2013 15:36
“İqor Mitreskinin qırmızı vərəqə alması işimizi asanlaşdırdı”
Albaniyanın “Skenderbeu” klubunun qapıçısı Orges Şehi Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”yə qarşı keçirdikləri cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları dilə gətirib:
“Çox şadam ki, ÇL-in üçüncü təsnifat mərhələsinə vəsiqə qazandıq. Bu, bizim üçün kifayət qədər böyük uğurdu. Bütün komanda yalnız bunun üçün çalışırdı və sonda istəyimizə çatdıq. “Skenderbeu”nun əsl gücü budu! Biz bu görüşdə çox yaxşı oynadıq. Baxmayaraq ki, bizim üçün çox çətin oldu. Komandanın hər bir üzvü xarakter göstərdi. Oyunun gedişində bir neçə dəfə qol vurmaq şansımız olsa da, yararlana bilmədik. Amma “Neftçi”nin oyunçusunun qırmızı vərəqə alması bizim işimizi asanlaşdırdı”.
