24 iyul 2013 15:50
Stamenkoviçi Skenderbeu ilə oyundan sonra rəqib futbolçu sakitləşdirib
Azərbaycan çempionu “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın “Skenderbeu” klubuna uduzduqları (0:0, 0:1) cavab oyunundan sonra göz yaşlarına hakim ola bilməyib. Azerisport.az xəbər verir ki, oyun başa çatandan sonra onu sakitləşdirməyə tələsən futbolçulardan biri isə Albaniya çempionunun müdafiəçisi İvan Qvozdenoviç olub.
Belə ki, o, vaxtilə Serbiyanın “Crvena Zvezda” klubunda birgə çıxış etdikləri Saşaya təsəlli verməyə, dəstək olmağa çalışıb.
Qvozdenoviç bununla bağlı fikirlərini də açıqlayıb: “Mən Stamenkoviçin reaksiyasını çox yaxşı başa düşürəm. Əlavə vaxtda uduzmaq həmişə çox pis təsir edir”.
Qvozdenoviç bununla bağlı fikirlərini də açıqlayıb: “Mən Stamenkoviçin reaksiyasını çox yaxşı başa düşürəm. Əlavə vaxtda uduzmaq həmişə çox pis təsir edir”.
