24 iyul 2013 17:01
“Skenderbeunu Hacıyevin sözləri motivasiya etmişdi”
“Xəzər Lənkəran” və “Karvan”ın sabiq baş məşqçisi Yunis Hüseynov “Neftçi”nin Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Albaniya “Skenderbeu”suna məğlubiyyətini şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Püşkün klublarımız üçün bu qədər düşərli olması yadıma gəlmir. Amma “Neftçi” o qədər də güclü olmayan rəqibə qarşı çox zəif oyun sərgilədi. “Skenderbeu” bu oyunlara komandamızdan daha yaxşı köklənmişdi. İqor Mitreskinin qırmızı vərəqə almasından sonra onların əl-qolu bir qədər də açıldı. İlk oyundan sonra Böyükağa Hacıyevin rəqib komandanın meydanda hospital açdığını deməsi isə onları çox güclü motivasiya etmişdi”.
