24 iyul 2013 17:35

“Sabah biz Qarabağa öz futbolumuzu göstərməliyik”

Polşanın “Piast” klubunun baş məşqçisi Marçin Broş Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

“Bizi “Qarabağ”la çox çətin oyun gözləyir. Bütün həftəni onlarla cavab matçına hazırlaşmışıq. Şansımızı boşa vermək istəmirik. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün mümkün olan hər şeyi edəcəyik. Bizim buna gücümüz var. Sabahkı oyunda əsas məqsədimiz də məhz bu olacaq”.
 
Polşalı mütəxəssis komandamızdan danışarkən bunları bildirib: “Qarabağ”ın heyətində Braziliya, Gürcüstan, Makedoniya, Portuqaliya (bu arada qeyd edək ki, əslində Ağdam klubunda portəgiz futbolçu çıxış etmir – azerisport.az) kimi ölkələrdən futbolçular var. İlk oyunda onlara məğlub olsaq da, növbəti mərhələyə kimin adlayacağı məsələsi hələ açıq qalır. Sabah biz doğma azarkeşlərimizin gözü qarşısında öz futbolumuzu sərgiləməyə çalışacağıq. Biz öz oyun üslubumuzu və fəlsəfəmizi göstərməliyik”.
 
Onun sözlərinə görə, yetirmələri cavab matçında fərqli futbol nümayiş etdirəcək: “Sabah elə oynayacağıq ki, sanki ilk oyun olmayıb və hesab 0:0-dı. Hər iki komanda hücum futbolu oynayır. Ona görə də heç bir komanda müdafiə futboluna üstünlük verməyəcək. Azərbaycanlıların necə oynadığını Bakıdakı görüşdə gördük. İndi biz onlara öz oyunumuzu göstərməliyik”.
 
Broş həmçinin qeyd edib ki, komandasında heç bir itki yoxdu: “Uşaqların hamısı sağlamdı və bu, bizim üçün çox vacib əhəmiyyət daşıyır. Amma hər şey ola bilər. Bu üzdən istənilən gedişata hazır olmalıyıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.