25 iyul 2013 18:10
Neftçi Böyükağa Hacıyevlə yollarını rəsmən ayırdı
Bu gün “Neftçi”nin prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə klubdaxili iclas keçirilib. Azerisport.az xəbər verir ki, iclasda baş məşqçi Böyükağa Hacıyev istefa ərizəsini klub prezidentinə təqdim edib.
Onun istefa ərizəsi qəbul olunub və qarşılıqlı razılıq əsasında Böyükağa Hacıyevlə müqaviləyə xitam verilib. Klub prezidenti köməkçi məşqçilərin işini davam etdirməsini məqsədəuyğun hesab edib.
“Neftçi” sabahdan etibarən məşqlərini bərpa edəcək. Komandanın hazırlığı məşqçilər korpusuna həvalə edilib.
Qeyd edək ki, Hacıyev 2011-ci ilin yayından "Neftçi"yə rəhbərlik edirdi. Hələlik onu kimin əvəzləyəcəyi bilinmir.
