25 iyul 2013 18:24
“Xəzər Lənkəranın çıxışına hətta balaca uşaq da qiymət verə bilər”
AZAL-ın sabiq baş məşqçisi Elxan Abdullayev Avropa Liqasındakı klublarımızın mərhələ keçmək şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, öncə “Qarabağ”ın Polşa “Piast”ı ilə cavab oyunu öncəsi şanslarından danışıb:
“Qarabağ” ilk oyunda 2:1 hesabıyla qalib gəlməklə vəzifəsinin öhdəsindən 40 faiz gəlib. Amma polşalılar evdə tamamilə fərqli, aqressiv futbol oynayırlar. “Qarabağ” ən azından heç-heçə etməklə mərhələ keçə bilər. Komandamız daha təcrübəlidi, formalaşmış heyətə malikdi. “Qarabağ”a ümidim çoxdu. Ümid edirəm ki, üç klubumuzun hamısı mərhələ adlayacaq”.

İsrailin “Maccabi” (Hayfa) klubuna ilk oyunda 0:2 hesabıyla uduzan “Xəzər Lənkəran”dan danışarkən gənc mütəxəssis bunları söyləyib: “Düzünü deyim ki, bu komandanın çıxışı haqda deməyə sözüm yoxdu. Hətta balaca uşaq da onların oyununa baxıb qiymət verə bilər. Hələ ilk oyun öncəsi “Xəzər Lənkəran”ın şansının olmadığını demişdim. Obyektiv yanaşsaq, komandamız “Maccabi”dən çox zəifdi. “Xəzər Lənkəran”a ev oyununda da çətin olacaq”.
Norveç “Tromse”si ilə bacarmayan (0:2) “İnter”dən danışarkən isə Abdullayev bunları qeyd edib: “İnter”in şansları “Xəzər Lənkəran”la müqayisədə daha çoxdu. Çünki “Tromse” “Maccabi” səviyyəsində komanda deyil. “İnter” bu komandaya erkən qol vurmağı bacarsa, məncə nəsə edə bilər. Komandamızın şansı qalır. Sadəcə, düzgün taktika seçib, qələbə qazanmaq lazımdı”.